«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, dünən - fevralın 14-də prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərilə operativ iclas keçirib. İclasda Suriyanın İdlib əyalətindəki vəziyyət müzairkə olunub. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov xəbər verib.
«İdlib ətrafında yaranmış gərgin vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi olub. Gərginlik bölgədə terrorçu qruplaşmaların fəallaşması ilə bağlıdır. Eyni zamanda vəziyyətin dünya iqtisadiyyatı trendlərinə potensial təsiri kontekstində koronavirus barədə də söhbət gedib» - deyə, Peskov əlavə edib.
Xəbər verilir ki, dünən Rusiyanın Ankaradakı diplomatik nümayəndəliyinin başçısı Aleksey Yerxov bəyan edib ki, İdlibdə vəziyyətin gərginləşməsi Türkiyənin sosial şəbəkələrində anti-rusiiya isterikası doğurub. Səfir onu da xatırladıb ki, onun ünvanına təhdidlər var.
Bundan sonra yerli hakimiyyət orqanları Rusiyanın Ankaradakı səfirliyinin qorunması üçün əlavə tədbirlər görüb.
AzPolitika.info


Şərhlər