Menu

“Şəhərdə dəli bir xaos var idi” - Vuhandan dönən türk qadın

16.02.2020, 00:14
“Şəhərdə dəli bir xaos var idi” - Vuhandan dönən türk qadın

Yeni il tətilini çinli həyat yoldaşının Vuhandakı aıləsinin yanında keçirmək istədi. koronavirus uzündən 10 gün Vuhanda çıxılmaz vəziyyətə duşdülər. Türkiyənin sayəsində vətənə dönən Neslihan Xu 14 günlük Zəkayi Tahir Burak xəstəxanasindakı karantindən sonra, başına gələnləri “Habertürkə”danışıb.

Bildirib ki, həyat yoldaşı ilə 7 il bundan qabaq Cin firmasında tanış olan Neslıhan, bayramı çinlı həyat yoldaşının ailəsi ilə bir arada keçirmək üçün anası və övladı ilə Vuhana gedıblər.Bir müddət sonra burada koronavirus fəlakəti ilə üz-üzə qalıblar.

“İlk getdiyimizdə hər şey normal idi.Bir neçə gün sonra xəstəlik xəbəri yayıldı. Vuhanda karantin elan olundu.Çox qorxduq, xəstələnsək nə edəcəyik.! Xəstəxanalarda yer olmadığını öyrəndik. Planlar qurmağa başladıq. Ən çox qorxduğum uşağım idi. Xəstələnməsin deyə dua edirdim. 23 yanvarda karantin elan olunandan sonra, 31 yanvaradək evdən bir dəfə də olsun bayıra çıxmadıq. Ancaq həyat yoldaşım 2-3 gündən bir qida alış- verişi üçün marketlərə gedirdi. Şəhərdə dəli bir xaos var idi. Balkonlardan insanların “Döz Vuhan” deyə qışqırıqları gəlirdi. Marketlərdə rəflər boşalmışdı. Şəhərdəki vəziyyəti sosial şəbəkələrdən öyrənirdik.Çin televiziyaları ancaq pozitiv xəbərlər verirdilər.Mənə ən pis təsir edən insanların bir- biriləriinə yaxınlaşmaması və ayri- ayrılıqda yemək yemələriydi” -deyə, Neslihan Xu bildirib.

O qeyd edib ki, həyat yoldaşım çinli olduğu üçün onlarla gələ bilməyib: “Son anda izin verdilər. Bu bir möcüzə idi. Aıləsiz Türkiyəyə dönməzdim. Çox gözlədik. Uzun bir yolçuluq oldu.On dord günlük Türkiyədəki karantindən sonra ilk dəfə bayıra çıxanda atamı gördüm və sevincımdən aglamağa başladım”.

Savalan 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol