Menu

Şəmkirdə baş verən qəzada 2 nəfər ölüb - 4 nəfər xəsarət alıb

16.02.2020, 22:34
Şəmkirdə baş verən qəzada 2 nəfər ölüb - 4 nəfər xəsarət alıb

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Avtoqəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Təfərrüatlar araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol