Menu

Real TV-nin deputatlığa namizəd olmuş əməkdaşları işdən uzaqlaşdırılıb

17.02.2020, 20:39
Real TV-nin deputatlığa namizəd olmuş əməkdaşları  işdən uzaqlaşdırılıb

Real TV-nin deputatlığa namizəd olmuş iki əməkdaşı - Ləman Ələşrəfqızı və Afət Telmanqızı televiziyadakı işindən uzaqlaşdırılıb. “AzPolitika.info” xəbər verir ki, Teleaparıcı İlqar Mikayıloğlu və həyat yoldaşı, hüquqşünas, aparıcı Zülfiyyə Bayramova ilə də Real TV-nin yolları ayrılıb.

"BakuPost" xəbər verir ki, onların müqaviləsi bitib və Real TV rəhbərliyi müqaviləni yeniləməyib. Bunun üçün də işlərinə xitam verilib. Məlumata görə, onlar seçkidə namizəd kimi iştirak etməyə qərar verdikləri vaxt televiziyadakı müqavilələrinə xitam verilib. Seçki prosesi bitdikdən sonra isə müqavilənin vaxtı uzadılmayıb.

Qeyd edək ki, L.Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ, A.Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairələrindən deputatlığa namizədliyini irəli sürmüşdü.

Afət Telmanqızı “Yenisabah”a açıqlamasında bildirib ki, rəhbərlik onların qarşısında şərt qoyub: “Ya yazdıqlarınızı silin, ya da işdən çıxın”.

“Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyi üstünlük tutduq. Biz dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq? Bu, həm də jurnalist kimi bizim borcumuzdur” – deyə, Afət Telmanqızı sonra bildirib.

Şərhlər

Tamasaci 2020-02-17 20:50:06

Mirsahinden seviyyeli hereket gozleyecek deyildik. Onun tv-ne baxmaqdan iyrenirem men

pensioner 2020-02-17 19:59:32

Miriş Əli Həsənovun siyasətini davam etdirir.Onu ictimai siyasi həyatdan təcili olaraq təcrid etmək lazımdır ki,yerdə qalan "mirişlər" qol qanad açmasınlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol