Menu

Əsəd ordusuna ağır zərbə - Yüzlərlə hərbçi öldürüldü

17.02.2020, 20:29
Əsəd ordusuna ağır zərbə - Yüzlərlə hərbçi öldürüldü

Suriya müxalifət qüvvələri son iki həftədə həyata keçirdiyi əməliyyatlar nəticəsində İdlib Gərginliyi Azaltma Bölgəsində Bəşər Əsəd qüvvələrinə ciddi zərbələr vurub.

Bu barədə Türkiyə mətbuatı yazıb.

"Müxalif qüvvələr son həftədə Əsəd ordusuna aid iki helikopter vurub. Bundan başqa döyüşlər nəticəsində 12 yük maşını, 24 tank, 8 zenit batareyası, 2 yüngül zirehli texnika, 3 zirehli transportyor, 2 PUA məhv edilib, yüzlərlə rejim əsgəri öldürülüb. Döyüşlər nəticəsində müxaliflər 5 tank, 3 zirehli transportyor, 1 “Şilka” və 1 ədəd 106 mm-lik top ələ keçiriblər", - məlumatda qeyd olunub. (axar.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol