Menu

Yəmənə endirilən zərbələr nəticəsində onlarla uşaq öldürüldü

18.02.2020, 01:38
Yəmənə endirilən zərbələr nəticəsində onlarla uşaq öldürüldü

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası ölkələrinin hərbi qüvvələri Yəmənin şimalına hava zərbələri endiriblər.

“Report” xəbər verir ki, bu barədə “Al Massira” telekanalı üsyançı “Ansar Allah” hərəkatının Səhiyyə Nаzirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, koalisiya qüvvələrinə məxsus təyyarənin qəzaya uğradığı yerə endirilən zərbə nəticəsində 35 nəfər həlak olub, habelə 23 nəfər xəsarət alıb. Məlumata görə, ölənlərdən 26-ı, xəsarət alanlardan 18-i uşaqlardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol