Menu

Rusiya “YUKOS”un sabiq səhmdarlarına 50 milyard dollar ödəməlidir

18.02.2020, 14:47
Rusiya “YUKOS”un sabiq səhmdarlarına 50 milyard dollar ödəməlidir

Haaqa Apelyasiya Məhkəməsi Rusiyanın “YUKOS” neft şirkətinin sabiq səhmdarlarına 50 milyard dollar məbləğində kompensasiya ödəməsi barədə qərar qəbul edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat bu gün məhkəmənin saytında yerləşdirilib.

Bildirilib ki, Haaqa Apelyasiya Məhkəməsi Haaqa Dairə Məhkəməsinin qərarını ləğv edib.

Beləliklə, 2014-cü ildə Haaqa Arbitraj Məhkəməsinin Rusiyanın “YUKOS” neft şirkətinin sabiq səhmdarlarına dəymiş zərərə görə 50 milyard dollar həcmində kompensasiya ödəməli olduğu barədə qərar yenidən qüvvəyə minib.

Rusiya qərardan Niderland Ali Məhkəməsinə şikayət verə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol