Menu

“Putin Liviyaya ordu göndərməyib...” – Peskov Moskvanın Liviyadakı münaqişəyə rəhbərlik etdiyini inkar edir

19.02.2020, 00:12
“Putin Liviyaya ordu göndərməyib...” – Peskov Moskvanın Liviyadakı münaqişəyə rəhbərlik etdiyini inkar edir


Rusiya Federasiyasının (RF) prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Liviyada Rusiyanın heç bir ordusu yoxdur.

“Rusiya silahlı qüvvələrinin ali baş komandanı Vladimir Putin Liviyaya ordu göndərməyib. Bu barədə heç bir əmr verməyib” - deyə, «İnterfaks» agentliyi Peskovdan sitat gətirir.

KİV Rusiya hərbçisinin Liviyada həlak olması və Orenburq ətrafında dəfn edilməsi barədə yaydığı xəbəri şərh etməyi xahiş edib. Peskov cavab olaraq deyib ki, bunu izah edə bilməz.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Liviyadakı münaqişənin Moskvanın rəhbərliyi altında davam etdiyini bəyan edib.

Jurnalistlərlə görüş zamanı (Türkiyə televiziyaları ilə nümayiş etdirilib) preziden bir fotoşəkil barədə danışıb. Şəkildə Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov, «Liviya milli ordusu»nun komandanı Xəlifə Həftar və «Vaqner» özəl hərbi şirkətinin rəhbəri əks olunub.

«Onların hamısı Rusiyanın ali hərbi məmurlarıdır və onlar «Vaqner»i idarə edirlər. Onların hamısı hələ də bəyan edirlər ki, aralarında heç bir əlaqə yoxdur» - Ərdoğan bildirib.

Türkiyə prezidentinin «Rusiya ən yüksək səviyyədə Liviyadakı münaqişəyə rəhbərlik edir» sözlərini Moskva təkzib etməya çalışıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bəyan edib ki, bu, «həqiqətə və ölkədəki real vəziyyətə uyğun deyil».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol