Türkiyədən Rusiyaya: Sərt şəkildə cavabını verəcəyik!

Suriyadakı hərbi müşahidə məntəqələrimizin sərhədi dəyişməyəcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Moskvada baş tutan İdlib müzakirələri ilə bağlı açıqlamasında deyib.

“Əsgərimizə hücumdan söhbət gedirsə, ötən həftələrdə olduğu kimi, ən sərt şəkildə cavab verəcəyimizdən heç kimin şübhəsi olmasın. Bu günə qədər müzakirələrdən bizi razı salan nəticə əldə olunmayıb. Bizə təqdim edilən sənədi və xəritəni qəbul etmədik. Görüşlər davam edəcək. Bunlar ancaq müzakirə yolu ilə həll edilə bilər.”, - deyə Qalın bildirib.

Qalın onu da əlavə edib ki, bəzən Rusiya tərəfindən verilən açıqlamalar real vəziyyəti əks etdirmir:“Xəritələrin yenidən cızılması mülahizələrinin şahidi oluruq. Dəyişən şərtlər mövcud vəziyyətdən doğan şərtlər deyil, təlqin edilən şərtlərdir. İdlibin sərhədləri bəllidir. Bizim hərbi müşahidə məntəqələrimizin olduğu yer bu sərhədi dəqiq şəkildə bildirir”.

Qeyd edək ki, son günlər türk ordusunun müşahidə məntəqələrinə Suriya rejim qüvvələrinin hücumu artıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar