İran hakimiyyəti ölkədə ilk dəfə olaraq iki nəfərin yeni COVID-19 koronavirusuna yoluxduğunu təsdiqləyib. Xəbəri yarırəsmi ISNA xəbər agentliyi fevralın 19-da yayıb.
ISNA Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpura istinadla yazıb ki, son iki gündə yeni koronavirusla bağlı bəzi şübhəli hallar aşkarlanıb.
Cahanpur iki təsdiqlənmiş yoluxma halının mərkəzi Qum vilayətinsə aşkarlandığını söyləyib. “Testlər aparılır, nəticələr yekunlaşan kimi ictimaiyyətə açıqlanacaq”, – o deyib. İran virusun yayılmasını önləmək üçün aeroportlarda təhlükəsizlik tədbirləri görüb.


Şərhlər