FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
"Report"un məlumatına görə, Azərbaycan yığması 1177 xalla 114-cü pillədə qərarlaşıb. Millinin reytinqdəki mövqeyi dəyişməyib.
Reytinqin ilk "3-lüy"ü dəyişməz qalıb. Belçika 1765 xalla birinci, Fransa 1733 xalla ikinci, Braziliya isə 1712 xalla üçüncü sıradadır.
Türkiyə komandasının da yerində dəyişiklik baş verməyib. Şenol Güneşin baş məşqçi olduğu komanda hazırda 1494 xalla 29-cudur.


Şərhlər