Menu

Azərbaycanın tanınmış jurnalisti vəfat edib

20.02.2020, 15:19
Azərbaycanın tanınmış jurnalisti vəfat edib

Jurnalist, Prezidentin Fərdi təqaüdçüsü Mülatif Adurov vəfat edib.

APA-nın məlumatına görə, uzun müddətdir, ürək xəstəliyindən əziyyət çəkən jurnalist 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mülatif Adurov uzun illər “Bakı” qəzetində çalışıb. 1980-ci ildən fəaliyyətini AzTV-də davam etdirib. Beynəlxalq Radio Verilişlərində şöbə müdiri, AzTV-nin “Səhər görüşləri”, “Dalğa” proqramlarında, İctimai-siyasi proqramlar redaksiyasında çalışıb, “Xəbərlər” proqramında baş redaktor müavini, baş redaktor vəzifələrində işləyib.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol