Menu

Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edib

21.02.2020, 21:07
Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edib

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

"Report" Türkiyə KİV-inə istinadla xəbər verir ki, liderlər Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Tərəflər İdlibdə böhranın həll yolunun Soçi anlaşmasının tam olaraq tətbiqindən asılı olduğunu vurğulayıblar.

Eyni zamanda hər iki lider bütün razılaşmalara sadiq qaldıqlarını ifadə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol