İtaliya “B” Seriyasında “Askoli” - “Kremoneze” matçı koronavirus təhlükəsi ilə əlaqədar təxirə salınıb.
Buna səbəb yeni xəstəliyin əlamətlərinin Lombardiya bölgəsində üzə çıxmasıdır. Bölgədə təhlükəsizlik tədbirlərinin yetərsizliyi səbəbindən görüşün başqa vaxt təşkil olunması barədə qərar qəbul edilib. Qeyd edək ki, İtaliyada həvəskar liqada çıxış edən 38 yaşlı futbolçuya koronavirus diaqnozu qoyulub.


Şərhlər