Menu

Çində koronavirusdan ölənlərin sayı 2442 nəfərə çatıb

23.02.2020, 11:22
Çində koronavirusdan ölənlərin sayı 2442 nəfərə çatıb

Çində yeni növ koronavirus pnevmoniyasından ölənlərin sayı 2442 nəfərə çatıb, 22888 nəfər bu xəstəlikdən xilas olub.

APA “TASS”-a istinadla xəbər verir ki, bu barədə ÇXR Dövlət Səhiyyə Komitəsi tərəfindən yayımlanan açıqlamada bildirilir.

Məlumata görə, gün ərzində koronavirusun yaratdığı xəstəlikdən 97 ölüm qeydə alınıb, 2230 nəfər xəstəxanadan buraxılıb. ÇXR-də yeni növ koronavirusa yoluxmuş insanların ümumi sayı 76936 nəfər olub.

Ötən gün ən çox ölüm hadisəsi Hubey əyalətində qeydə alınıb – 96 fakt. Ümumilikdə, keçən ilin dekabr ayından bəri əyalətdə 64 mindən çox yoluxma hadisəsi qeyd edilib. Şənbə günü 1742 xəstə sağalıb və evə buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol