Menu

“İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin rəhbəri dəyişib

24.02.2020, 10:55
“İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin rəhbəri dəyişib

İqtisadiyyat Nazirliyinə məxsus “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktoru Səbuhi Mehdizadə vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, şirkətə rəhbərlik Vidadi Quliyevə həvalə olunub.

Xatırladaq ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” 2007-ci ildə, 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol