Büdcədən hansı partiyalar və nə qədər pul alacaq? - ReAL bölgüdən kənarda qalır

2020-ci ilin dövlət büdcəsindən siyasi partiyalara 3 milyon manat ayrılacaq. Bu vəsait yalnız Milli Məclisdə təmsilçisi olan partiyalara veriləcək.

“AzPolitika.info” xəbər verir ki, hazırda rəsmi dövlət qeydiyyatında olan 55 siyasi partiyadan yalnız 9-u Milli Məclisdə təmsilçisi olduğu üçün maliyyə vəsaiti də məhz onlara çatacaq. 

Dövlət büdcəsindən vəsait alacaq partiyalar bunlar olacaq: 

1. Yeni Azərbaycan Partiyası 

2. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 

3. "Ana Vətən" Partiyası 

4. Vətəndaş Həmrəyliyi Partiyası 

5. Azərbaycan Demokratik Maarifçilik Partiyası 

6. Vəhdət Partiyası 

7. Böyük Quruluş Partiyası 

8. Azərbaycan Demokratik İslahatlar Partiyası

9. Vətəndaş Birliyi Partiyası

Maliyyə vəsaiti siyasi partiyaların Milli Məclisdəki təmsilçilərinin sayına görə bölünür. Milli Məclisdə ən çox Yeni Azərbaycan Partiyası (YAP) üzvünün təmsil olunduğu üçün ayrılan vəsaitin təxminən yarısı bu partiyaya veriləcək. 

Belə ki, bölgüyə görə, YAP-a 1 milyon 367 min 857 manat, Vətəndaş Həmrəyliyi Partiyasına 136 min 714 manat, digər 7 partiyanın hər birinə isə 117 min 857 manat vəsait ayrıalacaq.

Xatırladaq ki, ReAL Partiyasının da bir üzvü - Erkin Qədirli deputat seçilib. Amma bu partiyanın dövlət qeydiyyatı olmadığı üçün maliyyə yardımından kənarda qalacaq.

Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Bu qanuna görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.

Qanunvericiliyə əsasən, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür. Qeyd edək ki, dövlət büdcəsindən ayrılan vəsaitin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən, partiyaların təqdim etdiyi sifarişlər əsasında rüblər üzrə onların bank hesabına köçürülməsi təmin ediləcək.

“AzPolitika.info”

635x100

Şərhlər

Əli 2020-02-24 21:26:15

Ölkədə 1 partiya var o da AXÇPdir .Ondfan ayrılan quyruqlarına pul düşür buna yox? Ay bərəkəllah

miri 2020-02-24 18:36:03

:))))))))))))

Son yazılar