Menu

Azərbaycan nefti 2,6 dollar ucuzlaşıb

25.02.2020, 10:04
Azərbaycan nefti 2,6 dollar ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,64 ABŞ dolları, yaxud 4,38% azalıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 57,57 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol