Menu

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü

26.02.2020, 12:29
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü

Cənubi Koreyada daha 115 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” “The Korea Herald”a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 1 261-ə çatıb.

Məlumata görə, Cənubi Koreyada koronavirusdan ölənlərin ümumi sayı 12-dir.

Xatırladaq ki, dünyada koronavirus daşıyıcılarının sayı 81 133 nəfərdir. Epidemiyadan ölənlərin sayı isə 2 765-ə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol