Menu

FIFA referilərimiz aşağı liqaya göndərildi

27.02.2020, 13:10
FIFA referilərimiz aşağı liqaya göndərildi

Futbol üzrə Azərbaycan I Divizionunda XVII turun oyunları üçün hakim təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşmalardan ikisində FIFA referiləri iş başında olacaq.

Əliyar Ağayev “Zirə-2” - “Zaqatala”, Rəhim Həsənov isə “Səbail-2 - “Qarabağ-2” matçını idarə edəcək.

Qeyd edək ki, fevralın 28-də keçiriləcək hər iki oyun saat 14:00-da başlayacaq. Son olaraq, Əliyar Ağayev Azərbaycan Premyer Liqasında XVIII turun "Qəbələ" - "Neftçi" (0:2) qarşılaşmasını, Rəhim Həsənov isə XVII turda "Zirə" - "Qarabağ" (0:6) duelini idarə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol