Menu

5 prezident birgə bəyanat imzaladı - Xəzər sammiti

29.09.2014, 17:42
5 prezident birgə bəyanat imzaladı - Xəzər sammiti

Sentyabrın 29-u Həştərxanda sammit keçirən Xəzəryanı ölkələrin prezidentləri 19 bənddən ibarət birgə bəyanat qəbul ediblər.

“Media forum” saytı xəbər verir ki, 5 prezidentin imzaladığı sənəddə hər bir ölkənin Xəzərin ehtiyatlarından istifadə hüququnun detalları yer alıb. Sənədə görə, ölkələr 25 dəniz mili hüdudunda ehtiyatlardan istifadə hüququ alır. Bu hüduddan kənar su səthi ümumi istifadədir.

Bəyanatda həmçinin Xəzər dənizində kənar ölkələrin hərbi qüvvələrinin olmaması prinsipi yer alır. Birgə bəyanatda Xəzəryanı ölkələrin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət vurğulanır, güc tətbiqinin və güc tətbiqi ilə hədələmənin yolverilməzliyi qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol