Menu

İran Prezidentinin müavini koronavirusa yoluxub

27.02.2020, 17:50
İran Prezidentinin müavini koronavirusa yoluxub

İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar koronavirusa yoluxub.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

M.Ebtekar İran prezidentinin qadın və ailə məsələləri üzrə müavinidir.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 26nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini və iki deputat da koronavirus daşıyıcısıdır. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol