Metroda yaranan problem səbəbindən insanlar "Neftçilər" stansiyasından "Həzi Aslanov" istiqamətində avtobus marşrutları ilə getmək məcburiyyətində qalıblar.
Musavat.com xəbər verir ki, bu da avtobus dayanacağında sərnişin sıxlığı yaradıb.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, Bakıda elektirik enerjisinin kəsintisi ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Koroğlu” stansiyalarının ətrafında yarana biləcək sərnişin sıxlığının vaxtında aradan qaldırılması məqsədi ilə operativ tədbirlər həyata keçirilir.








Şərhlər