Menu

“Rusiyanın dəstəyi olmasa, Əsəd ayaq üstə dura bilməz” - Ərdoğan

27.02.2020, 23:18
“Rusiyanın dəstəyi olmasa, Əsəd ayaq üstə dura bilməz” - Ərdoğan

İdlibdə üç şəhidimiz var, rejim güclərinin itkisi daha böyükdür. Biz İdlibdə mücadiləni davam etdirəcəyik.

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, İdlibdə hadisələrin istiqaməti Türkiyənin lehinə dəyişib.

Bundan əlavə, Ərdoğan Rusiya ilə təmasların davam etdiyini vurğulayıb: “Rusiyanın, İranın dəstəyi olmasa, Əsədin ayaq üstə durması mümkün deyil. Onun arxasında PKK/YPG var. Biz isə Suriya Milli ordusu ilə oradayıq və mübarizəni davam etdirirk. Türkiyə bölgədə terror istəmir. Biz bu torpaqlarda dincliyin, sülhün olmasını istəyirik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol