Menu

Daha 3 ölkədə koronavirus aşkarlandı

28.02.2020, 09:56
Daha 3 ölkədə koronavirus aşkarlandı

Daha bir neçə ölkədə koronavirusa yoluxma faktı qeydə alınıb.

"Report" xəbər verir ki, üç ölkədə - Litva, Yeni Zelandiya və Nigeriyada koronavirus aşkarlanıb.

Məlumata görə, Yeni Zelandiyada koronavirusa yoluxmuş şəxs 60 yaşlı qadındır. O, daha öncə İrana səfər edib.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol