Menu

Azərbaycanda problemli kreditlər yanvarda 3%-ə yaxın artıb

28.02.2020, 14:30
Azərbaycanda problemli kreditlər yanvarda 3%-ə yaxın artıb

Bu il fevral ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 306,9 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 33,8 mln. manat və ya 2,7% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, illik müqayisədə isə problemli kreditlərin həcmi 262,5 mln. manat və ya 16,7% azalıb.

Hesabata əsasən, 1 fevral 2020-ci il tarixinə problemli kreditlərin cəmi iqtisadiyyata kredit qoyuluşunda xüsusi çəkisi 8,4% təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol