Menu

ATƏT DTİHB Gürcüstandakı seçkiləri bəyənib

28.10.2013, 16:50
ATƏT DTİHB Gürcüstandakı seçkiləri bəyənib

“Gürcüstandakı prezident seçkiləri yaxşı təşkil olunmuşdu və dostluq, konstruktivlik, şəffaflıq şəraitində keçdi”.

APA-nın xəbərinə görə, bu barədə beynəlxalq müşahidəçilərin birgə bəyanatında deyilir. APA-nın xəbərinə görə, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Joao Soares bildirib ki, seçkiqabağı kampaniya dövründə əsas azadlıqlar – söz, toplaşma və sərbəst səyahət azadlığı təmin olunub: “Bütün bunlar onu deyir ki, Gürcüstanda demokratiya getdikcə daha da kamilləşir”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) uzunmüddətli missiyasının rəhbəri Matteo Mekaççi isə son 6 həftə ərzində həm hökumətin, həm də müxalifətin müsbət rol oynadığı şəffaf, yaxşı təşkil olunmuş, rəqabət şəraitində seçki kampaniyası izlədiklərini bəyan edib. AŞPA nümayəndə heyətinin rəhbəri Mateu Pi parlament seçkilərindən 1 il sonra Gürcüstan vətəndaşlarının öz siyasi yetkinliklərini yenidən nümayiş etdirdiklərini söyləyib: “Bu seçkilər həm Gürcüstan, həm də Cənubi Qafqaz bölgəsi üçün önəmli nailiyyətdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol