“SƏBRLİ TƏCAVÜZKAR”IN KÖPƏK DİŞLƏRİ... - “Rusiya inama layiq deyil”

Suriyanın İdlib əyalətində Rusiya hərbçilərinin Türkiyə əsgərlərini havadan və qurudan atəşə tutması səbəbilə, azı 33 türk əsgərinin həlak olması, xeylisinin də yaralanması bir daha göstərdi ki, Rusiyadan heç kimə dost olmayıb, olmayacaq da. Bu sıradan Türkiyə prezidenti Ərdoğan da istisna olmadı - axı, əksər analitiklər Ərdoğanı Putinin dostu kimi xarakterizə edirdlər…

Yaxın keçmişdə bu istiqamətdə bir sıra siyasi xadimlər Rusiyanın «nankorluğu», «etibarsızlığı», riyakarlığı, təcavüzkarlığı… barədə çeşidli «proqnoz»lar verib, «aforizmlər» səsləndiriblər.

Məsələn, hələ ötən ilin sentyabr ayında Poşanın sabiq müdafiə naziri Romuald Şeremetyev Rusiya barədə öz fikirini belə ifadə etmişdi: «Rusiya səbrli təcavüzkardır və müharibəyə hazırlaşır».

İdlibdə baş verən son hadisələr polşalı hərbçinin nə qədər haqlı olduğunu əyani şəkildə ortaya qoydu - Rusiya öz idbar sifətini və köpək dişlərini növbəti dəfə nümayiş etdirdi. Amma fevralın 28-ə qədər dünya elə hesab edirdi ki, Rusiya gerçəkdən Türkiyənin dostudur.

Baxın, son təcavüz aktına qədər bu dövləti idarə edən məkrli insanlar gerçək niyyətlərini gizlətmək istiqamətində görünməmiş səbr nümayiş etdirdilər…

Başqa bir misal. Bu günlərdə Poşanın prezidenti Anjey Duda Rusiya barədə sabiq müdafiə nazirinin söylədiklərini başqa formada təkrarlayıb: “Rusiya təcavüzkar dövlətdir və inama layiq deyil…”

Bu məqamda məntiqi sual yaranır: Görəsən, Putinin riyakar siyasəti barədə Türkiyə rəhbərliyinin konkret bilgisi, ən azı, şübhələri olubmu?

Gerçəkdən, şübhələrə yetərincə əsas var idi. Məsələn, Türkiyə ilə «S-400 oyunu» öynadığı bir vaxtda, Putin təkcə Suriyada yox, həm də Liviyada Türkiyənin «ayağının altına qazıyıb», Soçi razılaşması ilə Ərboğanın başını qatıb.

Bunlara paralael olaraq, Putin Rusiyanı Türkiyəyə qarşı hazılamaq istiqamətində müəyyən daxili «inzibati addımlar» da atıb. Məsələn, köhnə «dostu» Baş nazir Medvedyevi hakimiyyətdən kənarlaşdırıb və bu vəzifəyə heç kimin tanımadığı, ancaq anti-türk məfkurəli bir ermənini- Mixail Mişustini hökumət başına gətirib..


Məhz Putinin bu addımı sayəsində Rusiya xarici siyasət idarəsinin başçısı (Sergey Lavrov) ilə yanaşı, ümmiyyətlə, hökumətin başçısı erməni əsilli kadrla əvəzlənib. Bütün bunlar isə «səbrli təcavüzkar»ın gerçək niyyətlərinin «xəbərçisi» sayılmalı idi - sadəcə, bunlar doğru qiymtləndirmək Türkiyə tərəfi üçün elə də çətin məsələ deyildi…

Xəbər verildiyi kimi, bir müddət əvvəl «Suriya parlamenti» erməni genosidi deyilən uydurmanı «tanıması» bərədə qərar qəbul edib. Suriyadakı mövcud vəziyyətdən az-çox xəbəri olan hər kəs bilir ki, indi bu ölkənin nə legitim hökuməti, nə leqal ordusu (bu adla vuruşanlar muzdlulardır), nə də legitim parlamenti var…Bunların əvəzində isə Bəşər Əsəd adlı bir xain-tiran var, bir də onu ayaqda saxlayan riyakar, təcavüzkar Rusiya hakimiyyəti, vəssalam!

Belədə, yenə məntiqi sual yaranır: Türkiyə ilə «dostluq» edən Putin necə olur ki, «Suriya parlamentinin» uydurma erməni genosidini tanımasını görməzliyə vurub?!

Ərdoğanla «dostluq oyunu» oynayan Putin yuxarıda deyilənlərlə kifayətlənməyib və Liviyada da Türkiyəyə pərdəaxası badalaq gəlib - «Vaqner» muzdlularını Həftara kömək üçün bu ölkəyə göndərib.

Bunları anlamaq üçün «siyasət professoru» olmağa ehtiyac yox idi. Üstəlik də ötən dövrdə bəzi rusiyalı ekspertlər açıq mətnlə xəbər verirdilər ki, Rusiya Türkiyənin strateji müttəfiqi deyil - bu dövlətlərin maraqları müvəqqəti olaraq, müəyyən məsələlədə üst-üstə düşür, vəssalam.

Odur ki, Rusiyanın gec-tez öz idbar siyətini göstərəcəyi və Türkiyəni kürəyindən vuracağı gözlənilən idi…

Hesab edirəm ki, gec də olsa, Azərbaycan nəhayət ki, bütün bunlardan doğru-ədalətli nəticələr çıxarmalı, Rusiyanı öz «adı» ilə çağırmalıdır.

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

TARİX 2020-03-01 12:14:16

Ruspərəstlər indi nə deyəcəklər.

Vahid 2020-03-01 11:05:28

1995- və 2005-ci ildə “erməni soyqırımını” tanıyan təcavüzkar rusiyada erməniləşmə prosesi sürətlə gedir. Ruslar və farslar tarixən Türkün düşmənidiir və olaraq qalacaqdır.

eko 2020-03-01 06:35:10

Bes biz ? bizede medal zad verurler axi

MRP 2020-02-29 12:38:04

Rusiya ən yaxşı halda düşmən ola bilər.Onlara inanmaq sadəlövhlükdür.

Son yazılar