Gürcüstanda koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məktəblərdə yaz tətilinin başlanma vaxtı dəyişdirilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət qurumları arası Koordinasiya şurası qərar qəbul edib.
Qərara əsasən, tətil martın 9-u əvəzinə martın 2-dən etibarən başlayacaq və ayın 16-dək davam edəcək.
Şuranın digər qərarı ilə ictimai nəqliyat və uşaq bağçalarında dezinfeksiya tədbirləri gücləndiriləcək.


Şərhlər
Yenə də biz geridə qalırıq.Əhalisinin sağlamlığını istəyən hökumət məktəblərdə dərsləri dayandırmalıdır.Guya,elə yaxşı tədris aparılır ki,dərsləri saxlasalar aləm qarışacaq?Heç olmasa belə ağır günlərdə tələfatın olmaması üçün məktəbləri bağlamaq lazımdır.Hadisə olandan sonra hər şey gec olacaq..