Menu

Ermənistanda ilk koronavirusa yoluxma halı qeydə alınıb

01.03.2020, 10:53
Ermənistanda ilk koronavirusa yoluxma halı qeydə alınıb

Ermənistanda ilk koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

APA TASS-a istinadla xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan Facebook səhifəsində bildirib.

O, qeyd edib ki, virusa yoluxan Ermənistan vətəndaşı bu yaxınlarda İranda səfərdə olub: "Təxminən iki saat əvvəl, təəssüf ki, ölkədə koronavirusa yoluxma xəbərini aldım. Xəstə 29 yaşındadır. Fevralın 28-də həyat yoldaşı ilə birlikdə İrandan Ermənistana təyyarə ilə qayıdıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol