Menu

Azərbaycanda böyük sərdabə tapıldı

29.09.2014, 18:51
Azərbaycanda böyük sərdabə tapıldı

Naftalan şəhəri ətrafında kurqan tipli qəbir abidələri aşkar edilib

Naftalan- Goranboy arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov AzərTAc-a bildirib ki, Naftalan şəhəri ətrafında kurqan tipli qəbir abidələri aşkar edilib. Burada genişmiqyaslı arxeoloji qazıntıların aparılması planlaşdırılır.

Goranboy rayonu ərazisində isə diametri 30, hündürlüyü 3 metr olan kurqanın ətrafında 2 metrə yaxın eni olan daş düzümünün-kromlexin olduğu müəyyənləşdirilib. Eyni zamanda, böyük ölçülü kurqanaltı sərdabə aşkar edilib.

Üzəri ağac tirlərlə örtülmüş sərdabənin uzunluğunun 10, eninin 8 metrdən artıq olması ehtimal olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol