Menu

Rusiya və Ukrayna yenə əsirləri dəyişəcək – Hazırlıq gedir

02.03.2020, 11:53
Rusiya və Ukrayna yenə əsirləri dəyişəcək – Hazırlıq gedir

Moskvayla Kiyev martda üçüncü dəfə məhbus mübadiləsi aparmağa razılaşıblar. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Zelenskinin aparat rəhbəri Andrey Yermak deyir.

AzPolitika.info xəbər verir ki, Yermak bu haqda martın 1-də, Minskdə Rusiyanın Ukrayna ilə sülh danışıqlarında əsas təmsilçisi Dmitri Kozak ilə görüşdən sonra danışıb. Məlumat Ukrayna prezidentinin vebsaytında yerləşdirilib.

Zelenski mayda hakimiyyətə gələndən ölkənin şərqində altı ildir gedən, 13 mindən çox adamın həyatına son qoymuş müharibəni bitirməyi özünün prioriteti elan edib.

Zelenski dekabrda rusiyalı həmkarı Vladimir Putinlə Ukraynanın şərqində atəşkəs və əlavə məhbus mübadiləsi ilə bağlı razılaşma əldə edib.

Hakimiyyətdə olduğu ilk 9 ay ərzində Zelenskiy iki məhbus mübadiləsinə nəzarət edib. Sentyabrda Ukrayna və Rusiya hərəsi 35 məhbus buraxıblar. Dekabrda isə Ukrayna 124, Rusiyanın dəstəklədiyi üsyançılar isə 76 ukraynalını azad edib. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol