Menu

Türkiyənin İranla sərhəd bölgəsinə raket hücumu - Gömrük əməkdaşı şəhid oldu (Yenilənib)

02.03.2020, 12:30
Türkiyənin İranla sərhəd bölgəsinə raket hücumu  - Gömrük əməkdaşı şəhid oldu (Yenilənib)

Gürbulaq Gömrük İdarəsinin bir əməkdaşı raket hücumu nəticəsində şəhid olub.

“Report” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Ticarət naziri Ruhsar Pekcan verib.

***

Türkiyənin İranla sərhəd bölgəsinə raket hücumu oldu

Ağrı şəhərinin Doğubəyazid rayonunda Gürbulaq Gömrük İdarəsinin avtobusuna raket hücumu olub.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

“Raket maşının ön təkərinə dəyib. Hadisə nəticəsində yaralananlar var. Terrorçuları təqib edib sıxışdırmışıq. Hazırda atışma davam edir”, - S.Soylu bildirib.

Qeyd edək ki, Gürbuluq Gömrük İdarəsi Türkiyənin İranla sərhədindən 3 km məsafədə yerləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol