Menu

Azərbaycan XİN İranı təbrik etdi - Uğurlu parlament seçkiləri münasibətilə

02.03.2020, 15:40
Azərbaycan XİN İranı təbrik etdi - Uğurlu parlament seçkiləri münasibətilə

Biz İran İslam Respublikasının Hökumətini ölkədə uğurlu parlament seçkiləri keçirməsi münasibətilə təbrik edirik. İnanırıq ki, iki ölkə arasında əməkdaşlıq əlaqələri davam etdiriləcək.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, bu ilin 21 fevral tarixində İran İslam Şurası Məclisinə seçkilər keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol