Menu

Muriç İngiltərə klublarının hədəfində

02.03.2020, 18:41
Muriç İngiltərə klublarının hədəfində

"Fənərbağça" klubunun futbolçusu Vədat Muriçi İngiltərə klubları transfer etmək istəyirlər.

"AzPolitika" İngiltərə mediasına istinadla xəbər verir ki, "Fənərbağça"da bu sezon atdıgı qollarla adından söz etdirən Muriç, İngiltərə Premyer Liqa klublarının transfer siyahısına daxil olub. Xəbərlərdə "Lester", "Nyukasl" və "Totenhem" klublarının kosovalı futbolçunu transfer etmək üçün 30 milyon funt-sterlinqlərindən  keçməyə hazır olduqları bildirilir.

Qeyd edək ki, Vədat Muriç bu sezon "Fənərbağça"da 24 oyunda 13 qola imza atıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol