Menu

TÜRKİYƏ ƏSƏD REJİMİNİN DAHA BİR QIRICISINI VURDU - FOTO

03.03.2020, 13:49
TÜRKİYƏ ƏSƏD REJİMİNİN DAHA BİR QIRICISINI VURDU - FOTO

Türkiyə Silahlı Qüvvələri Bəşşar Əsədə sadiq qüvvələrə məxsus döyüş təyyarəsini vurub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat paylaşılıb.

“Uğurla davam edən “Bahar qalxanı” hərəkatı çərçivəsində rejimə aid bir "L-39" tipli hərbi təyyarəsi vurulub”, - məlumatda vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin son günlər Suriyanın şimalında həyata keçirdiyi əməliyyatlar nəticəsində Əsəd rejiminə məxsus 2 "Su-24" qırıcısı vurulub.

Şərhlər

Elli 2020-03-03 16:24:56

Halal olsun Türk qardaşlarımıza!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol