Menu

Türkiyə İraqda terrorçulara qarşı əməliyyat keçirdi

04.03.2020, 10:44
Türkiyə İraqda terrorçulara qarşı əməliyyat keçirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında gerçəkləşdirdiyi əməliyyatda 9 PKK terrorçusunu məhv edib.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Müdafiə Nazirliyi açıqlayıb.

Bildirilib ki, İraqın şimalındakı Avaşin bölgəsində 4, Hakurkda 5 nəfər olmaqla ümumilikdə, 9 PKK terrorçusu hava dəstəkli əməliyyatla zərərsizləşdirilib: "Ən son terrorçu zərərsizləşdirilənədək əməliyyatlar davam edəcək”.

Xatırladaq ki, Milli Müdafiə Nazirliyi ötən gün də İraqın Kandil bölgəsində PKK terrorçularına qarşı əməliyyat gerçəkləşdirdiyini açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol