Menu

Cenk Tosun AVRO 2020-də iştirak etməyəcək

04.03.2020, 19:00
Cenk Tosun AVRO 2020-də iştirak etməyəcək

Cenk Tosun AVRO 2020-də Türkiyə milli komandasının şərəfini qoruya bilməyəcək.

"AzPolitika.info" xəbər verir ki, İngiltərə Premyer Liqası komandalarından "Kristal Pelas"ın qolçu futbolçusu Cenk Tosun məşq zamanı zədələnib. Dizindən zədə alan futbolçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. "TRT Spor"a müsahibə verən futbolçu zədəsi barədə danışıb: "Gecəni yata bilmədim. Qismət belə imiş. Bunda da bir xeyir var" - deyə bildirib.

Xatırladaq ki, Yusuf Yazıçı və Merih Dəmirəl də zədə üzündən AVRO 2020-də Türkiyə millisinə kömək edə bilməyəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol