Menu

Sumqayıtda yaşayış binasında partlayış oldu

04.03.2020, 22:16
Sumqayıtda yaşayış binasında partlayış oldu

Sumqayıtda partlayış olub. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 9-cu mikrorayonda baş verib.

Belə ki, yaşayış binasındakı evlərin birində partlayış qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Hadisə zamanı xəsarət alanların olub-olmaması araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol