Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Moskvada bir araya gələcək.
"Azpolitika.İnfo" xəbər verir ki, görüşdə İdlib ətrafında yaranan gərgin durum müzakirə ediləcək. Görüş ərəfəsində Kremlin sözçüsü Dmitri Peskov və Prezident Ərdoğanın sözçüsü İbrahim Qalın iki liderin görüşündə razılıq əldə olunacağına ümid etdiklərini bəyan ediblər.
Başqa sözlə, hər iki tərəf vəziyyətin daha da gərgin hərbi atmosferə keçməsində maraqlı olmadığını nümayiş etdirib.
Qeyd edək ki, məşhur “qırıcı böhranından” sonra Putin və Ərdoğan 26 dəfə üz-üzə, 48 dəfə isə telefonla müzakirə aparmaqla cəmi 74 dəfə bir araya gəlib. Bu gün Moskvada liderlər 75-ci görüşlərini keçirəcək.
Bu, faktiki Putin və Ərdoğanın digər dünya liderləri ilə müqayisədə ən çox ikili görüş keçirdiyinin sübutudur.


Şərhlər