Menu

İrandan təxliyə olunan Gürcüstan vətəndaşları Azərbaycanda karantinə alındı

05.03.2020, 13:30
İrandan təxliyə olunan Gürcüstan vətəndaşları Azərbaycanda karantinə alındı

Gürcüstanın Xarici İşlər nazirinin müavini Aleksandre Xvtisiaşvili İrandan təxliyə olunan ölkə vətəndaşları ilə bağlı məlumat verib.

“Report”un yerli bürosu xəbər verir ki, o, həmin şəxslərin Azərbaycanda karantinə alındığını bildirib.

A.Xvtisiaşvili deyib ki, Gürcüstan vətəndaşları ilə Azərbaycanla sərhəddə görüş keçirilib: “Həmin şəxslər müvafiq yoxlamalardan keçirilib və xüsusi nəqliyyat vasitəsilə karantin zonası yaradılan tibbi müəssisəyə çatdırılıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol