Menu

Koronavirusa görə 150-yə yaxın məktəb bağlı qalıb - Fransada

05.03.2020, 15:24
Koronavirusa görə 150-yə yaxın məktəb bağlı qalıb - Fransada

Fransada koronavirusla əlaqədar 150-yə yaxın məktəb bağlı qalır.

Trend-in məlumatına görə, bunu ölkənin Təhsil naziri Jan-Mişel Blanker deyib.

O bildirib ki, məktəblərin bağlanması ümumilikdə 35-40 min şagirdə təsir göstərib.

Eyni zamanda, ölkədə bütün məktəblərin bağlanmasının planlaşdırılmadığı deyilir.

Son məlumatlara əsasən, Fransada 285 nəfər koronavirusa yoluxub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol