Menu

Məşhur müğənni pərəstişkarlarını İdlib üçün yardıma səslədi

05.03.2020, 17:20
Məşhur müğənni pərəstişkarlarını İdlib üçün yardıma səslədi

Kubalı 23 yaşlı məşhur müğənni Kamila Kabello sosial şəbəkədə paylaşımında öz pərəstişkarlarını İdlib qaçqınlarına yardıma çağırıb.

Müğənni paylaşımında: "Suriyada yaşanan ən pis insanlıq böhranına diqqətinizi çəkmək istəyirəm. İdlibdə yaşananlara görə 950 min insan evlərindən sadəcə paltarları ilə qaçmaq məcburiyyətində qaldılar. Bunların çoxu uşaqlardır. İndi isə onlar dondurucu havada düşərgələrdə yaşayırlar. Ailələr bombalardan, ya da soyuqdan ölmək arasında seçim etmək məcburiyyətində deyillər"- deyə bildirib.

Kabello dramın sona çatması üçün heyranlarından doğum günu hədiyyəsi olaraq, "Save the Children" fonduna yardım etmələrini istəyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol