Türkiyə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) 2254 saylı qətnaməsinin yerinə yetirilməsində qərarlıdır. Qətnamə Suriyada siyasi tənzimləməni və qarşıdurmanın dayandıılmasını nəzərdə tutur.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvadan qayıdan zaman, Rusiya prezidenti V.Putinlə görüşünün nəticələrini şərh edərkən, təyyarədə jurnalistlərə bildirib.
“Əgər İdlib üzrə barış sazişinin tərəfləri (Rusiya və Türkiyə - Red.) razılaşmanın şərtlərinə dönmədən riayət etsələr, o zaman vəziyyətin uzunmüddətli sabitləşməsindən daışmaq olar” - deyə, Türkiyə prezidenti bildirib («Anadolu»).
Ərdoğan qeyd edib ki, Türkiyə İdlibdə Rusiyaya qarşı yox, Bəşər Əsəd rejiminə qarşıdır. Türkiyə liderinin sözlərinə görə, Ankara istənilən anda Əsəd tərəfdarlarının İdlibdə atəşkəs rejimini pozmaq cəhdlərinin qarşısını almağa hazırdır.
O da qeyd olunub ki, Türkiyə özünün İdlibdəki «müşahidə məntəqələrinin» dislokasiya yerini dəyişmək fikrində deyil.
«Bütün müşahidə məntəqələri indi yerləşdikləri yerlərdə qalacaq. Heç bir dəyişiklik yoxdur», - deyə Türkiyə Cümhuriyyətinin başçısı bildirib.
AzPolitika.info


Şərhlər