Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Belarus üçün neftin ilk tanker partiyasını yola salıb. Bu barədə martın 6-da şirkətin rəsmisi İbrahim Əhmədov xəbər verib.
«Dünən Ceyhan limanından (Türkiyə - red.) Belarus üçün neftin 90 min tonluq ilk partiyası göndərildi» - Əhmədov bildirib.
Bu zaman Əhmədov qeyd edib ki, neftin 85 min tonluq ikinci partiyasının təxminən martın 20-də Supsa limanından yola salınması planlaşdırılır.
AzPolitika.info


Şərhlər