Menu

FHN əməkdaşları yol qəzasında maşında sıxılı vəziyyətdə qalan şəxsi xilas edib

07.03.2020, 09:34
FHN əməkdaşları yol qəzasında maşında sıxılı vəziyyətdə qalan şəxsi xilas edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Siyəzən rayonunun Yenikənd kəndində "Shachman" markalı yük avtomobili yol kənarındakı beton plitəyə çırpılıb.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol