Azərbaycanın hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da dərslər martın 27-dək təxirə salınıb.
"AzPolitika"nın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.


Şərhlər
Naxçıvanı Azərbaycandan ayırmağa çalışanların,görəsən,fikri nədir?Naxçıvan Azərbaycan ərazisi olduğuna görə ölkə qanunları ora da aiddir.Bu və ya digər hadisələrlə bağlı Naxçıvan haqqında ayrıca informasiya vermək xətalı bir addımdır.