Menu

“Saudi Aramco” bazar dəyərini 10% itirib

09.03.2020, 12:15
“Saudi Aramco” bazar dəyərini 10% itirib

Dünya bazarında neftin ucuzlaşması fonunda Səudiyyə Ərəbistanının milli neft istehsalçısı "Saudi Aramco” bazar dəyərini təxminən 10% itirib.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, şirkətin səhmlərinin qiyməti 7,2 ABŞ dollarına (27 rial) düşüb. Bu, qiymətli kağızların İlkin Kütləvi Tadavülünün (IPO) həyata keçirildiyi 2019-cu ilin dekabr ayından bəri ən aşağı həddir. Ucuzlaşma Səudiyyə Ərəbistanının Tədavül fond birjasında qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol