Menu

Türkiyə və Rusiya hərbi ekspertləri arasında görüşün tarixi açıqlandı

09.03.2020, 12:56
Türkiyə və Rusiya hərbi ekspertləri arasında görüşün tarixi açıqlandı

Rusiyanın hərbi nümayəndə heyəti Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə etmək üçün martın 10-da Ankaraya səfər edəcək. 

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, danışıqlar İdlib üzrə Moskva memorandumuna dair aparılacaq. 

Qeyd edək ki, martın 5-də Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında İdlibdə atəşkəslə bağlı razılıq əldə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol