Menu

ABŞ-da nüfuzlu tennis turniri təxirə salınıb

09.03.2020, 13:18
ABŞ-da nüfuzlu tennis turniri  təxirə salınıb

İndian-Uelsdə (ABŞ, Kaliforniya) martın 9-da keçirilməli olan nüfuzlu tennis turniri koronavirus səbəbindən təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə turnirin mətbuat xidməti bildirib.

"Biz turnirin baş tutmayacağından çox məyus oluruq, lakin yerli ictimaiyyətin, azarkeşlərin, oyunçuların və bu tədbirlə bağlı olanların sağlamlığı və təhlükəsizliyi birinci dərəcəli əhəmiyyətə malikdir", - turnirin direktoru Tommi Xaas deyib.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 18,5 milyon dollar təşkil etməli idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol